SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Naxçıvanda kiberhücumlara qarşı mübarizə müzakirə olunub

Naxçıvanda kiberhücumlara qarşı mübarizə müzakirə olunub

Naxçıvan

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbiləri” müzakirə olunub.

Yurd.Media xəbər verir ki, tədbirdə Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış edərək, mövzunun əhəmiyyətindən danışıb.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin Maliyyə bazarı iştirakçılarının hüquqlarının müdafiəsi bölməsinin əməkdaşı Pərviz Babayev mövzu ilə bağlı çıxış ediblər.

Çıxış zamanı kiberhücumların, şəxslərə, bizneslərə və təşkilatlara böyük zərər verə biləcək ciddi təhdidlər olduğunu və bu hücumların həssas məlumatların oğurlanmasına, məlumatların məhv edilməsinə və ya sistemlərin pozulmasına səbəb olduğunu bildiriblər. Kiberhücumların növləri haqqında məlumatlı olmaq və qabaqlayıcı tədbirlər görmək bu təhdidlərin qarşısını almağa və kiber təhlükəsizliyi gücləndirməyə köməklik edə biləcəyini vurğulayıblar.

Həmçinin, tədbirdə  Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən vətəndaşların şəxsi məlumatlarının qorunması və kiberdələduzluq risklərinin qarşısının alınması məqsədilə hazırlanmış sosial videoçarxlar  nüşayiş etdirilib.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları