SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
MÜSİAD Azərbaycan bir sıra tədbirlərin təşkilatçısı və tərəfdaşı olacaq

MÜSİAD Azərbaycan bir sıra tədbirlərin təşkilatçısı və tərəfdaşı olacaq

  • 17 oktyabr 2025, 20:11

MÜSİAD Azərbaycan oktyabr və noyabr aylarında təşkilatçı və tərəfdaş qismində bir sıra mühüm beynəlxalq tədbirlərin keçirilməsinə hazırlaşır.

Təşkilatın strateji hədəflərinə uyğun olaraq, bu tədbirlər iqtisadiyyat, elm, mədəniyyət və gənclik sahələrini bir araya gətirəcək.

MÜSİAD Azərbaycan-dan Yurd.Media-ya verilən məlumata görə, tədbirlər həm yerli, həm də beynəlxalq iştirakçılar üçün yeni əməkdaşlıqlar, bilik mübadiləsi və təşəbbüslərin əsas platforması olacaq.

  23 oktyabr – İslam Maliyyə Forumu (İMF-2025)
Etik dəyərlərə əsaslanan iqtisadi modellərin və İslam maliyyə sisteminin inkişaf perspektivlərinin müzakirə olunacağı forumda, həmçinin yeni investisiya imkanları təqdim ediləcək.

 31 oktyabr – 1-2 noyabr – I Quba Kitab Sərgisi
Elm və mədəniyyətin qovuşduğu bu sərgidə yerli və beynəlxalq nəşriyyatlar, müəlliflər və oxucular bir araya gələcək. Tədbir regionun mədəni həyatına mühüm töhfə verməyi hədəfləyir.

 1 noyabr – Avrasya Gənc Sahibkarlar Forumu (EYBF-2025)
Türk dünyasından gənc sahibkarların iştirakı ilə keçiriləcək forumda innovasiya, gənclik təşəbbüsləri və regional əməkdaşlıq imkanları ön planda olacaq.

 12 noyabr – I Beynəlxalq Maliyyə, Mühasibatlıq, Audit və Rəqəmsallaşma Simpoziumu (BMMAR)
Elm, biznes və dövlət qurumlarını bir araya gətirəcək bu simpoziumda rəqəmsal transformasiya, maliyyə idarəçiliyi və şəffaflıq məsələləri geniş müzakirə olunacaq.

Prime Leasing