Müdafiə Sənayesi Nazirliyinə məxsus "Mərkəzi Təminat və Marketinq İdarəsi" MMC-nin direktoru Qabil Eyyubov vəzifəsindən azad edilib.
Yurd.Media "Report"a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Soltan Qasımova həvalə olunub.
O, yaxın aylara qədər nazirliyə məxsus "Radioquraşdırma Zavodu" MMC-nin direktoru olub.
Müdafiə Sənayesi Nazirliyinə məxsus "Peyk Zavodu" MMC-nin direktoru Məhəbbət Hümbətov vəzifəsindən azad edilib.
Zavoda rəhbərlik Elşən Quliyevə həvalə olunub.
O, vaxtilə nazirliyə məxsus "Alov Zavodu"nun direktoru olub.