SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
MN: Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

MN: Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

  • 21 avqust 2025, 12:39

Pirǝkǝşkül qəsəbəsi yaxınlığındakı poliqonda 21-22 avqust tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Yurd.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", MN-dən bildirilib.

Prime Leasing