İşğaldan azad olunmuş ərazilərdə abadlıq işlərinin görülməsi ilə bağlı daha bir şirkət cəlb olunacaq.
Yurd.Media "İqtisadiyyat.az"a isytinadən xəbər verir ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında yaşayış məntəqələrində bir sıra abadlıq işlərini icrasına başlanılır.
Belə ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında yaşayış məntəqələrində məhəllə, küçə, meydan və parkların abadlaşdırılması, yaşıllaşdırılması, yaşıllıqların mühafizəsi və təmizlənməsi işlərinin aparılması nəzərdə tutulub.
Məlumata əsasən, qurum bu işləri "Mint Services" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Sözügedən işlərin icrasına 5 902 596 manat vəsait sərf olunacaq.