"Bank of Baku" ASC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, bank 9 ayda 27,05 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6% çoxdur.
Bu il oktyabrın əvvəlinə "Bank of Baku"nun aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 40,1% çox - 1 566,3 milyon manat, o cümlədən kredit portfeli 37,6% çox - 1 116,2 milyon manat təşkil edib. Bankın öhdəlikləri 1 372,7 milyon manat (44,7% çox), o cümlədən depozit portfeli 948,9 milyon manat (51,6% çox), balans kapitalı isə 193,6 milyon manat (14,6% çox), o cümlədən nizamnamə kapitalı 52,9 milyon manat (dəyişməyib) olub.