İsmayıllı Rayon İcra Hakimiyyətində kadr təyinatı baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, icra başçısı Nahid Bağırovun sərəncamına əsasən Faxtiyev İsmayıl Əliyar oğlu İsmayıllı RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri təyin edilib.
O, yeni təyinatadək İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
İsmayıl Faxtiyev 1997-ci ildə İsmayıllı şəhərində anadan olub.
2014-2018-ci il tarixlərində Sumqayıt Dövlət Universitetinin tarix müəllimliyi ixtisasını fərqlənmə ilə bitirib. 2018-2019-cu illərdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində hərbi xidmətdə olub. Hərbi Xidməti başa vurduqdan sonra Gənclərin İnkişaf və Karyera Mərkəzi MMC-nin İsmayıllı Nümayəndəliyində Tədbirlər və layihələr üzrə mütəxəssis və direktor vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Faxtiyev İsmayıl