SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Milli Məclisin mətbəəsinin 2,8 milyon manatlıq vergi borcu yaranıb

Milli Məclisin mətbəəsinin 2,8 milyon manatlıq vergi borcu yaranıb

  • 04 iyun 2026, 13:06

“Azərbaycan Respublikası Milli Məclisinin Aparatının Mətbəəsi” MMC-nin xeyli miqdarda vergi borcu yaranıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu hazırda 2 790 776 manat təşkil edir.

Qeyd edək ki, ötən ilin sonunda borc 200 min manata yaxın təşkil edirdi və bir neçə aya 15 dəfə artıb.

“Azərbaycan Respublikası Milli Məclisinin Aparatının Mətbəəsi” MMC 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. MMC-nin qanuni təmsilçisi Əsgərov Etibar Möhkəm oğludur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları