SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
28 May nə vaxt bağlanacaq ? - DƏQİQ CAVAB

"28 May" nə vaxt bağlanacaq ? - DƏQİQ CAVAB

  • 02 may 2025, 14:21

"28 May" stansiyası bağlanmır, müəyyən istiqamətlərdə hərəkət məhdudlaşdırılacaq.

Yurd.Media xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan "İctimai proseslər media müstəvisində" mövzusunda 2-ci Forumun "Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində" adlı panel sessiyasında çıxışı zamanı deyib.

"Xətlərin kəsişməsi, "28 May stansiyasında birləşmə, metrodakı ləngiləmələr böyüyən şəhərin nəbzini tutmağa kömək etmirdi", - o qeyd edib.

O bildirib ki, metronunun inkişafı qarşıdakı xüsusi addımlarla irəliləyəcək:

"Bu ilin sonunda "28 May"dan "Dərnəgül" istiqamətinə hərəkət tam məhdudlaşdırılacaq.

"28 May stansiyası bağlanır" ifadəsi son zamanlar cəmiyyətdə ən məşhur ifadələyə çevrilib. "28 May" stansiyası bağlanmır. Sadəcə qeyd etdiyim istiqamətlərdə hərəkət məhdudlaşdırılacaq".

Prime Leasing