SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Metrodan istifadə edənlərin sayı azalıb

Metrodan istifadə edənlərin sayı azalıb

  • 17 iyun 2025, 18:07

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 93,997 milyon nəfər olub.

Bu barədə Yurd.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,093 milyon nəfər və yaxud 1,1% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3 faiz və 5,9 faiz artıb.

Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 96,8 milyon ton yük daşınıb. Yüklərin 3,9 faizi dəniz, 7,3 faizi dəmir yolu, 0,2 faizi hava, 59,9 faizi avtomobil nəqliyyatı, 28,7 faizi isə boru kəməri ilə daşınıb.

Prime Leasing