Mədət Quliyev federasiya prezidenti vəzifəsindən İSTEFA VERDİ

Mədət Quliyev federasiya prezidenti vəzifəsindən İSTEFA VERDİ

  • 24 aprel 2025, 01:49

Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev istefa verib.

Yurd.Media xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa vermək qərarına gəlib.

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidentidir.