SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Masallıda cənclərin startup və sahibkarlıq Hakatonu keçirilib

Masallıda cənclərin startup və sahibkarlıq Hakatonu keçirilib

  • 13 fevral 2026, 17:18
Masallı

Yaradlıcı Gənclər ictimai birliyi və Masallı regional “ASAN xidmət” mərkəzinin könüllüləri birlikdə “Startup və Sahibkarlıq Hakatonu” təşkil edibdir.

Yurd.Media xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi və açılışı Yaradıcı Gənclər ictimai birliyinin sədri Rafət Şirəliyev edərək, proqramın əhəmiyyətini, gənclərin sahibkarlıq bacarıqlarının formalaşdırılmasının vacibliyi və müasir dövrdə süni intellektin təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verdi. Daha sonra çıxış edən Masallı regional ASAN xidmət mərkəzinin könüllülər üzrə məsul şəxsi Murad Ayazlı bu kimi Hakatonlar könüllülərin bilik və bacarıqlarının inkişafına verdiyi töhfələrdən bəhs etmiş, iştirakçıların göstərdiyi fəallığı yüksək qiymətləndirmişdir.

Tədbirin davamında gənc könüllülər müxtəlif mövzuda hazırladıqları Startup layihələrini təqdim edərək, ideyalarını əsaslandırdılar. İdeyalar arasında turizm, kənd təsərrüfatı, onlayn ticarət, dizayn və s. mövzuları əhatə edibdir.

Tədbirin sonunda iştirakçılar sertifikatlarla təltif olundu.

Skat.az - Ev və Avtomobil elanları