SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edildilər

Köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edildilər

  • 03 iyun 2025, 14:07
Gəncə

Gəncə şəhərinin Ozan küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında azyaşlılar mənzildə bağlı qapı arxasında, köməksiz vəziyyətdə qalıb.

Yurd.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilin qapısını açıb və nəzarətsiz qalan 2015 və 2016-cı il təvəllüdlü azyaşlıları valideynlərinə təhvil veriblər.

Prime Leasing