SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Karyera və mədəni dəyərlər: Müasir gəncin inkişaf platforması” mövzusunda panel müzakirəsi təşkil olunub

“Karyera və mədəni dəyərlər: Müasir gəncin inkişaf platforması” mövzusunda panel müzakirəsi təşkil olunub

  • 21 may 2026, 13:21
Masallı

Masallıda gənclərin karyera inkişafına və əmək bazarına hazırlığına dəstək məqsədilə “CareerLAB” şəbəkəsi çərçivəsində “Karyera və mədəni dəyərlər: Müasir gəncin inkişaf platforması” mövzusunda panel müzakirəsi təşkil olunub.

Yurd.Media xəbər verir ki, tədbiri açılış nitqi ilə Masallı Dövlət Regional Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanov açaraq gənclərin peşəkar inkişafı, karyera planlaması və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən bəhs edib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin rəhbəri Orxan Əliyev “CareerLAB” şəbəkəsinin fəaliyyəti və gənclərin əmək bazarına inteqrasiyası istiqamətində görülən işlər barədə məlumat verib.

Paneldə Yaradıcı Gənclər İctimai Birliyinin sədri Rafət Şirəliyev, Masallı Dövlət Regional Kollecinin direktor müavini Asim Yusifov, Lənkəran-Astara Regional Məşğulluq filialının Masallı rayon xidmət şöbəsinin əməkdaşı, karyera məsləhətçisi Fərid İskəndərzadə müasir əmək bazarında tələb olunan bacarıqlar, şəxsi inkişaf, karyera planlaması və mədəni dəyərlərin rolu barədə çıxış ediblər.

Tədbirdə MDRK-nın sonuncu kursunda təhsil alan və istehsalat təcrübəsində iştirak edən 120-dən çox tələbə iştirak edib.

Skat.az - Ev və Avtomobil elanları