SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Kanalizasiya xətti çəkənlər partlayış törədib - FOTO

Kanalizasiya xətti çəkənlər partlayış törədib - FOTO

  • 02 fevral 2026, 18:02

Kanalizasiya xətti çəkənlər partlayışa səbəb oldu.

Yurd.Media xəbər verir ki, Gəncədə fərdi evlərdən birində kanalizasiya xətti çəkən zaman qaz xəttinə məhəl qoymayıb və nəticədə partlayış olub.

Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Anar Zamanov, 1989-cu il təvəllüdlü Mahir Bağırov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Zərərçəkənlər xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları