SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Kameraların olmadığı piyada keçidlərində sürücülər təhlükə yaradırlar - VİDEO

"Kameraların olmadığı piyada keçidlərində sürücülər təhlükə yaradırlar" - VİDEO

  • 08 fevral 2026, 19:24
Bakı

Bakıda baş verən yol-nəqliyyat hadisələrinin yarıdan çoxunu məhz piyadavurmalar təşkil edir. 

Yurd.Media xəbər verir ki, son dövrlər respublika ərazisində, xüsusilə də paytaxtda eyni səviyyəli, nizamlanmayan piyada keçidlərinə nəzarət gücləndirilib. Əvvəllər bu nəzarət əsasən polis əməkdaşları tərəfindən həyata keçirilirdisə, hazırda vəziyyət dəyişib.

Artıq bütün istiqamətlər üzrə quraşdırılmış texniki vasitələr 24 saat fasiləsiz müşahidə aparır. Məqsəd yol hərəkəti təhlükəsizliyini təmin etmək və baş verə biləcək qəzaların qarşısını almaqdır. Lakin təəssüf ki, bu qaydalara məhəl qoymayan sürücülər də az deyil. Belə hallara paytaxtın bir çox ərazilərində rast gəlinir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov İctimai TV-yə açıqlamasında bildirib ki, paytaxtın Nizami, Sabunçu və Nərimanov rayonlarında bu cür hallara tez-tez rast gəlinir:

"Kameraların olmadığı piyada keçidlərində sürücülər yol hərəkəti qaydalarını pozaraq insanlar üçün ciddi təhlükə yaradırlar".

"Kameraların olmadığı piyada keçidlərində sürücülər təhlükə yaradırlar" - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları