SÜJET
Birinci Qarabağ müharibəsində itkin düşən, 31 il sonra kimliyi müəyyənləşdirilən şəhid Abbasov Abuzər Tənzil oğlu mayın 16-da doğulduğu Zərdab rayon Yuxari Seyidlər kəndində dəfn olunacaq.
Yurd.Media xəbər verir ki, bu barədə Zərdab Rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd edək ki, Abbasov Abuzər Tənzil oğlu 08.10.1972-ci ildə Zərdab rayonu Yuxarı Seyidlər kəndində anadan olub. O,1994-cü il yanvarın 6-da hərbi xidmətə çağırılıb. 20 gün sonra - 1994-cü il yanvarın 26-da Fizuli rayonunun Aşağı Abdurəhmanli kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.