SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
İsrail-İran münaqişəsi Azərbaycan turizminə necə təsir edib? - VİDEO

İsrail-İran münaqişəsi Azərbaycan turizminə necə təsir edib? - VİDEO

  • 23 iyun 2025, 08:36

İran-İsrail münaqişəsinin iqtisadi fəsadları ən çox turizm sahəsində hiss olunur.

Yurd.Media ATV-yə istinadən xəbər verir ki, hər iki ölkəyə uçuşlar dayandırılıb. Üstəlik, bu ölkələrin hava məkanını bağlaması digər aviaşirkətlərin də uçuş məsafəsinin uzanmasına səbəb olur.

Turizm üzrə ekspert Ceyhun Aşurov bildirib ki, bu vəziyyət Azərbaycana da mənfi təsir göstərəcək. Onun sözlərinə görə, Azərbaycana gələn turistlərin sıralamasında İran və Körfəz ölkələri ilk onluqda yer alan əsas ölkələrdəndir.

"Hava məkanının bağlı olması birbaşa uçuşların ləğvi ilə nəticələnir ki, bu da turizm axınına mənfi təsir göstərəcək", - deyə o bildirib.

Turizmçilər əsas narahatlığın Körfəz ölkələrindən gələn turistlərlə bağlı olduğunu deyirlər. Əgər əvvəllər bu turistlər İran üzərindən uçaraq Dubaydan Bakıya 2.5-3 saata çata bilirdilərsə, indi bu müddət 5-6 saata qədər uzanır.

Ətraflı süjetdə:

Prime Leasing