Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nizamnamə kapitalı 6 dəfə artırılaraq 400 milyon manatdan 2 400,427 milyon manata çatdırılıb.
Yurd.Media xəbər verir ki, bu barədə qurumun 2024-cü il üzrə maliyyə hesabatında bildirilir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ölkə Prezidentinin 11 iyun 2004-cü il tarixli sərəncamı ilə yaradılıb, suyun mənbələrdən götürülməsi, emalı, nəqli, anbarlanması və paylanılmasını təşkil edir, istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edir və onlara kanalizasiya xidmətləri göstərir, tulantı suların toplanması, nəqli, emalı və kənarlaşdırılmasını həyata keçirir.
Xidmət içməli və tullantı su sistemlərinin layihələndirilməsi, inşası, istismarı və onlara texniki xidmətlərin göstərilməsini də təmin edir.