İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti paytaxtın Yasamal rayonunda fəaliyyət göstərən “Saf Ltd MMM” Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələyib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Yasamal rayon A.M.Şərifzadə küçəsində “Saf" MMC-yə müqavilə əsasında abonent kodu verilib və su sayğacı quraşdırılıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nümayəndələri obyektə baxış zamanı giriş xətti üzərində açıla bilən dəmir yivli birləşmə aşkar edibləır.
Buna görə də MMC-yə 2196 manat məbləğində cərimə yazılıb.
“Saf” şirkətinin rəhbərliyi bu yazılan cərimədən narazı qalıb və Bakı Kommersiya Məhkəməsinə müraciət edərək borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
Bakı Kommersiya Məhkəməsi iddianı təmin edib.
Bu qətnamədən narazı qalan Xidmət apellyasiya şikayəti verib və mübahisələndirilən məhkəmə qətnaməsinin ləğv edilməsini və şirkətin iddiasının rədd edilməsini xahiş edib. Lakin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qərarı ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.