İran Prezidenti Məsud Pezeşkian Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumunda şeir deyib.
Yurd.Media xəbər verir ki, o, Prezident İlham Əliyevin də iştirak etdiyi tədbirdə böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından iki bənd söyləyib.
Zalda şeirin elə ilk bəndi sürəkli alqışlarla qarşılanıb.
M.Pezeşkianın söylədiyi həmin iki bənd:
Bir uçaydım bu çirpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?
Mən sənintək dağa saldım nəfəsi,
Sən də qeytər, göylərə sal bu səsi,
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb bağırır,
Mürüvvətsiz insanları çağırır.