SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
İmtahan verən taksi sürücülərinin DİQQƏTİNƏ

İmtahan verən taksi sürücülərinin DİQQƏTİNƏ

  • 19 aprel 2026, 14:01

Bu il martın 18-də keçirilən test imtahanında müvəffəqiyyət qazanmış taksi sürücülərinin şəhadətnamələrinin verilməsinə başlanılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Yurd.Media-ya bildirilib ki, taksi sürücüsü olmaq istəyənlərin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilmiş imtahanda uğur qazanmış şəxslər şəhadətnamələrini aprelin 20-dən etibarən əldə edə bilərlər. Namizədlər şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə sənədlərini DİM-in Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan götürməlidirlər.

Şəhadətnaməni DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz və Şəmkir regional bölmələrindən əldə etmək istəyənlər [email protected] elektron poçt ünvanına müraciət etməlidirlər. Müraciət ərizəsinə şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmalıdır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları