SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
İlham Əliyev: Erməni hərbi cinayətkarları Bakıda istintaq təcridxanasında çay içirlər

İlham Əliyev: Erməni hərbi cinayətkarları Bakıda istintaq təcridxanasında çay içirlər

  • 08 noyabr 2025, 13:45

Erməni hərbi cinayətkarları bu gün Bakıda istintaq təcridxanasında çay içirlər.

Yurd.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanda onların tanklarının Bakı küçələrində olacağını, özlərinin isə Bakıda çay içəcəklərini deyirdilər.

"Əslində, onların bu arzuları gerçəkləşdi, onu biz gerçəkləşdirdik. Hərbi Qənimətlər Parkında erməni tankları var, erməni cinayətkarlar isə Bakıda istintaq təcridxanasında çay içirlər".

Skat.az - Ev və Avtomobil elanları