SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
İctimai Televiziyanın 21 yaşı tamam olur

İctimai Televiziyanın 21 yaşı tamam olur

  • 29 avqust 2026, 10:33

Bu gün İctimai Televiziyanın (İTV) 21 yaşı tamam olur.

Yurd.Media xatırladır ki, İTV 2005-ci il avqustun 29-da fəaliyyətə başlayıb.

21 illik fəaliyyəti dövründə böyük inkişaf yolu keçən, maraqlı layihələrə imza atan telekanal bu gün tamaşaçıların sevgisini qazanmağı bacarıb.

İctimai Televiziya Azərbaycanın zəngin və rəngarəng efir məkanında fərqli - ictimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürüdüb. Belə ki, mötəbər idman yarışları, Futbol üzrə Avropa Çempionatı, Olimpiada və Paralimpiya Oyunları İTV-də nümayiş olunub. Kanal həm də dünyada məşhur olan serialları alıb səsləndirərək tamaşaçılara təqdim edir.

İTV-nin efirindəki bütün filmlər və cizgi filmləri lisenziya əsasında yayımlanır.

44 günlük Vətən müharibəsi dönəmində də İctimai Televiziya informasiya müharibəsinin ilk sıralarda yer alıb.

Yurd.Media saytının bütün kollektivi adından "İTV"də çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları