Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərinə qadın müşavir gəlib.
Yurd.Media "NOCOMMENT.az"a istinadən xəbər verir ki, SOCAR prezidenti Rövşən Nəcəf özünə yeni müşavir təyin edib.
Rövşən Nəcəf müvafiq əmri ilə Səriyyə Bünyatova SOCAR prezidentinin müşaviri təyin olunub.
O, 2023-cü ildən yeni təyinatadək SOCAR-ın vitse-prezidentinin müşaviri vəzifəsində, 2021-2023-cü illərdə isə İqtisadiyyat Nazirliyində çalışıb.
