SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Yol kənarındakı qoruyucu torların zədələyənlərə XƏBƏRDARLIQ

Yol kənarındakı qoruyucu torların zədələyənlərə XƏBƏRDARLIQ

  • 29 avqust 2026, 17:12

Yol kənarındakı qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vətəndaşlara müraciətində qeyd olunub.

Bildirilib ki, sürətli magistral və ödənişli avtomobil yollarının kənarlarında quraşdırılan qoruyucu dəmir torlar vəhşi və ev heyvanlarının hərəkət hissəsinə çıxmasının qarşısını almaqla yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

“Lakin bəzi hallarda bu torların ayrı-ayrı şəxslər tərəfindən zədələnməsi və ya qırılması nəticəsində heyvanların avtomobil yoluna çıxmasına şərait yaranır. Bu isə sürücülər üçün gözlənilməz təhlükə yaradır və ağır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır”, - deyə müraciətdə vurğulanıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları