AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı İnarə Muradəliyeva vəfat edib.
Yurd.Media "Ölkə.az"a istinadən xəbər verir ki, İ.Muradəliyeva muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin elmi işçisi idi. O, muzeyin Həmkarlar Təşkilatının sədri vəzifəsində çalışırdı.
Qeyd edək ki, İnarə Muradəliyeva Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevin həyat yoldaşıdır.
Allah rəhmət eləsin!
