Azərbaycanda dövlət satınalmaları ilə bağlı Hesablama Palatasının informasiya sisteminə daxil edilən və ötürülən məlumatların müvafiq meyarlar əsasında avtomatlaşdırılmış emalı və qiymətləndirilməsi nəzərdə tutulur.
Bu barədə Yurd.Media-ya Palatadan bildirilib.
Məlumata görə, bu məsələ qurumda keçirilmiş dövlət satınalmalarının auditində diqqətə alınmalı məqamlara dair iclasda müzakirə olunub.
Palatanın sədri Vüqar Gülməmmədov dövlət maliyyə nəzarətinin səmərəliliyinin artırılması, dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı işlərin genişləndirilməsi və dövlət satınalmalarının auditi üzrə metodiki sənədin təkmilləşdirilməsi üçün Kollegiya üzvlərinə və struktur bölmə rəhbərlərini tapşırıqlar verib.