SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Gəncədə müqavimət göstərmək istəyən şəxsi polis yaralayıb

Gəncədə müqavimət göstərmək istəyən şəxsi polis yaralayıb

  • 23 iyul 2025, 21:04

Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Yurd.Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq etməklə cəhdin qarşısı alınıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing