SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Gəncədə 30 Avqust - Türkiyənin Zəfər Bayramı Günü qeyd olunub

Gəncədə 30 Avqust - Türkiyənin Zəfər Bayramı Günü qeyd olunub

  • 30 avqust 2025, 22:53

Türkiyənin Gəncədəki Baş konsulluğunda 30 Avqust – Zəfər Bayramı Günü münasibətilə tədbir keçirilib.

Yurd.Media xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himnləri səsləndirilib. Ardınca din xadimi tərəfindən şəhidlərin ruhuna dualar oxunub.

Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop çıxış edərək, Türkiyə Respublikasının müstəqilliyi və suverenliyi uğrunda qazanılan tarixi qələbənin əhəmiyyətindən danışıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev bu günün Türkiyə xalqı qədər azərbaycanlılar üçün də qürur mənbəyi olduğunu vurğulayıb. O, iki qardaş ölkə arasındakı münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Sonda 30 Avqust - Zəfər Bayramı Gününə həsr edilmiş tarixi-sənədli film nümayiş olunub.

Prime Leasing