“Express Bank” ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, bank yanvar-mart aylarında 3,3 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,2% çoxdur.
Bu il aprelin əvvəlinə “Express Bank”ın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 9% çox – 662 milyon manat, o cümlədən xalis kredit portfeli 9,1% çox – 534 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 532,3 milyon manat (13,7% çox), o cümlədən depozit portfeli 307,9 milyon manat (18,9% çox), balans kapitalı isə 129,6 milyon manat (6,7% az), o cümlədən nizamnamə kapitalı 112,55 milyon manat (dəyişməyib) olub.