SÜJET
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara Azərbaycan Texniki Universitetinin Fəxri Doktoru diplomu təqdim edilib.
Yurd.Media xəbər verir ki, tədbir AzTU-nun rektoru professor Vilayət Vəliyevin niqti ilə başlayıb.Sonra AzTU-nun Elmi Şurasının qərarı elan olunaraq Prezident Ersin Tatara fəxri doktor diplomu təqdim edilib. Diplom təqdim olunarkən onun elmi, strateji və milli məsələlərə verdiyi töhfələr vurğulanıb.Cənab Ersin Tatar göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. Şimali Kipr Prezidenti Azərbaycanla Şimali Kipr arasındakı qardaşlıq əlaqələrinin hər sahədə inkişaf etməsinin vacibliyini qeyd edib.
Mərasimin sonunda xatirə şəkilləri çəkilib.