SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Bakının bir neçə küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Bakının bir neçə küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

  • 04 iyul 2025, 17:40

6 iyul saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Alı Mustafayev küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən və Əbdülvahab Salamzadə küçəsinin Xutor tunelinə giriş hissəsindən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Yurd.Media xəbər verir ki, sürücülərdən qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Prime Leasing