Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq.
Yurd.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr – Anım Günü ilə bağlı "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
"Dost və qardaş Azərbaycanın Anım Günü ilə əlaqədar Qarabağı işğaldan azad etmək, azadlığına qovuşdurmaq üçün mübarizə aparan qəhrəman şəhidlərimizi rəhmətlə, qazilərimizi hörmətlə yad edirəm.
Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq", - Ərdoğan qeyd edib.
Dost ve kardeş Azerbaycan’ın Anım Günü vesilesiyle Karabağ’ı işgalden kurtarmak, özgürlüğüne kavuşturmak için mücadele eden kahraman şehitlerimizi rahmetle, gazilerimizi hürmetle yâd ediyorum. Qarabağ Azerbaycan toprağıdır, sonsuza kadar da öyle kalacaktır. 🇹🇷🇦🇿 https://t.co/PtDJ5Ejvws
— Recep Tayyip Erdoğan (@RTErdogan) September 27, 2026