Elm və Təhsil Nazirliyinin idarəsi 234 min manatlıq idarəetmə sistemi alır.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi “Uniser Group” şirkəti ilə müqavilə bağlayıb.
Müqavilədə aktivlərin idarə edilməsi sistemi üzrə xidmətlərin satınalınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 234,4 min manat müəyyənləşib.
Qeyd edək ki, 2015-ci ildə dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Xankişiyev Emin Misirxan oğludur.
“Uniser Group” həm özəl, həm dövlət sektorunda informasiya texnologiyaları, biznes proseslərin avtomatlaşdırılması və rəqəmsallaşdırma sahələrində innovativ həllər təqdim etməklə yanaşı İT Təhsil, Tədrisin idarəedilməsi və sertifikasiyası, eləcə də Nəqliyyat, Logistika və Təchizat zəncirinin avtomatlaşdırılması sahələrində də davamlı təkmilləşən məhsul və xidmətlər göstərməkdədir.