Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı 2019-cu ildə istifadəyə verilib.
Yurd.Media nazirliyə istinadən xəbər verir ki, hazırda portalda qeydiyyatdan keçən istifadəçilərin sayı 2 milyon 584 minə çatıb.
Portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlara dair toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır.
E-sosial portalı üzərindən pensiya, müavinət, təqaüd, əlillik, reabilitasiya, məşğulluq, iş yeri və s. barədə müxtəlif növdə elektron arayış əldə etmək də mümkündür.
Cari ilin 7 ayında portaldan 9,3 milyon dəfə istifadə olunub.