Dövlət Sosial Müdafiə Fondu 230 min manata avtomobillər alır.
Yurd.Media xəbər verir ki, “Yenimotor” Məhdud Məsuliyyətli Cəmiyyəti Fond üçün 4 ədəd yolsuzluq tipli xidməti minik avtomobilinin satın alınması üzrə müqavilə imzalayıb.
Müqavilənin ümumi məbləği 227 min 120 manat təşkil edir. Bu da 1 avtomobilin orta qiymətinin 56 min 780 manat olması deməkdir.
Qeyd edək ki, "Yenimotor" MMC daha öncə də fonddan 56 min 100 manat dəyərində Fond üçün 1 ədəd sedan tipli xidməti minik avtomobilinin satın alınması tenderi üzrə qalib olub.
Qeyd edək ki, 100 manat nizamnamə kapitalına malik olan şirkət 22 mart 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Ziya Nəsirov Fikrət oğludur. Hüquqi ünvanı AZ0100, ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, BAKI-SUMQAYIT ŞOSSESİ ünvanıdır.// FED.az