SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədov 15 il azadlıqdan məhrum edildi

Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədov 15 il azadlıqdan məhrum edildi

  • 23 iyun 2025, 16:43
Bakı

Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub.

Hökmə əsasən, Bəhruz Səmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqust ayında DTX-nin keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur.DTX tərəfindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

Prime Leasing