Azərbaycanda yük avtomobilləri və xüsusi texnika üçün təkərlərin satışını həyata keçirən “ŞİN RRG” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsi tərəfindən sözügedən şirkətdə araşdırma aparılıb.
Protokola əsasən, “ŞİN RRG” MMC tərəfindən 2026-cı ilin 4 əmək-işçilərin sayı, hərəkəti və əməkhaqqı fondu haqqında hesabatı iyul ayı üzrə avqust ayının 15-dək təqdim edilməli olduğu halda avqust ayının 20-də 5 gün gecikmə ilə təqdim edilib.
“ŞİN RRG” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə protokol tərtib edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə şirkət 300 manat cərimə olunub.