Köhnə smartfonunuzu sadəcə "ehtiyat üçün" saxlayıb dolaba qoymaq potensial təhlükələr daşıyır.
Yurd.Media texnologiya mütəxəsisslərinin bununla bağlı xəbərdarlığını təqdim edir:
Birincisi, smartfonunuz tamamilə işləməz vəziyyətə düşə bilər. Daxilində akkumulyatoru olan telefon uzun müddət saxlanılarsa, akkumulyatorun növündən asılı olmayaraq, zaman keçdikcə enerjisi tükənəcək. Bu zaman tam boşalmış vəziyyətdə uzun müddət qalan akkumulyatorun bir daha "həyata qayıtmama" təhlükəsi var. Akkumulyator 50-80% doldurulmuş vəziyyətdə saxlanılsa, aylarca görünən zərər olmadan qala bilər.
Cihazı vaxtaşırı yoxlamaq çox vacibdir, çünki akkumulyatorun daxilindəki müxtəlif kimyəvi proseslər nəticəsində şişmə riski mövcuddur. Belə halda, ya cihazı utilizasiyaya təhvil vermək, ya da gələcək ehtiyat istifadə üçün batareyanı dəyişdirmək mümkündür.
Əgər telefonunuz işlək vəziyyətdədirsə, onu dəyərləndirmək üçün bir neçə variant var. Məsələn, elan saytlarında satmaq - əgər modeliniz populyar, lakin az tapılandırsa, ən sərfəli variantdır. Təyin etdiyiniz qiymət nə qədər aşağı olarsa, o qədər çox təklif alacaqsınız.