SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Deputat: Xarabalıqlar üzərində  yeni, müasir Ağdam qurulur

Deputat: "Xarabalıqlar üzərində  yeni, müasir Ağdam qurulur"

  • 20 noyabr 2025, 09:31
Ağdam

Şanlı Qələbə nəticəsində bu günlər işğaldan azad edilmiş  digər ərazilərimizdə olduğu kimi, Ağdamda da  geniş tikinti quruculq işləri  həyata keçirilir. Xarabalıqlar  üzərində  yeni, müasir Ağdam qurulur.

Yurd.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Onun sözlərinə görə, Böyük Qayıdış  Proqramı çərçivəsində  Ağdam şəhəri və kəndləri  yenidən tikilir, infrastrtuktur layihələri  icra olunur, yollar inşa  edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllqlar salınır, ərazilər  mina və  partlamamış hərbi sursatlardan təmizlənir:

"Bu gün işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən Ağdam şəhəri erməni vəhşiliklərinin dünya ictimaiyyətinə təqdimatıdır. Bu ərazilərdə 30 illik işğal dövrünün dağıntılarını hazırda genişmiqyaslı bərpa-quruculuq işləri əvəz edir. Bu torpaqlarda olan xarici qonaqlar törədilən dağıntılardan heyrətlərini gizləmirlər. Qeyd edək ki,   2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqazın Xirosiması” adlandırmış, 2010-cu ildə isə Əl-Cəzirənin internet nəşri Ağdamı “Ruhlar şəhəri” siyahısına daxil etdi".

Milli Məclisin deputatı qeyd edib ki, Şəhər Günləri, eyni zamanda, bu ərazilərimizin işğal tarixlərini da unutmamağa, ermənilərin törətdikləri vəhşilikləri indiki və gələcək nəsillərə çatdırmağa bir çağırış edir.  Ermənistanın hərbi təcavüza zamanı Ağdam uğrunda  42 gün davam edən döyüş  1993-cü il  23 iyul  tarixində bu rayonun ərazisinin 73 faizinin işğalı ilə başa çatdı. Ərazisi  1094 kv.km olan  rayonun Ağdam şəhəri ilə  birgə  90 kəndi işğal olundu. İşğal nəticəsində  128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur oldu. İşğaldan azad edilmiş  Ağdam  erməni vandalizmin şahididir.  Ermənistan   digər ərazilərimizdə olduğu kimi Ağdamda da  mədəni və dini abidərimizi  vandalizmə məruz  qoymuş, qarət  etmişdir.

Deputat Vüqar RəhimzadəDeputat Vüqar Rəhimzadə

Millət vəkili qeyd edib ki, Ağdamın Baş planı əsasında işlər uğurla davam etdirilir.  Şəhərin özündə 5 məhəllənin inşası nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda rayonun 3 kəndində  - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Həmin kəndlərin birinci mərhələlərinin açılışı olmuşdur. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. 2025-ci ilin oktyabr ayına qədər Ağdamın yenidən məskunlaşdırılması proqramı çərçivəsində 825 ailə, 3318 nəfər öz doğma torpaqlarına köçürülüb.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu rayonda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən, yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.  Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkıdır. Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi isə davam etdirilir.

 Milli Məclisin deputatı bildirib ki, dövlət başçısı İlham Əliyevin indiyədək Ağdam rayonuna reallaşdırdığı səfərlərin hər biri  mühüm sosial obyektlərin  açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə  yadda qalıb. Bunun üçün təkcə cari ildə görülən işlərin miqyasına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev bu ilin ötən dövründə  Ağdama 5 dəfə səfər edib. Həmin səfərlər çərçivəsində bu il açılışı olan  Ağdam Muğam Mərkəzini xüsusi qeyd etmək istərdik.  Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq. Qeyd etdiyimiz kimi, bu gün Ağdamda görülən işlərin miqyası genişdir. Bu məqamı da xüsusi qeyd etmək istərdik ki, bu gün azad edilmiş ərazilərimizin bərpası Azərbaycanın müasir şəhərsalma təcrübəsini dünyaya təqdim edir. Bu baxımdan Ağdam şəhərinin ilk Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyini xüsusi qeyd etmək istərdik.  Forum şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlığın genişləndirilməsi baxımından nadir və uğurlu platforma oldu.

Milli Məclisin deputatı bildirib ki, Ağdamda keçmiş məcburi köçkünlərin tezliklə öz ata-baba yurdlarına qayıtması üçün ölkəmizin bütün potensialı səfərbər olunub. Ağdam şəhəri sakinlərinin yolunu gözləyir. Yeni salınan kəndlər, ölkəmizin ən böyük sənaye mərkəzlərindən birinə çevriləcək şəhərdə aparılan quruculuq işləri deməyə  əsas verir ki, Ağdamın öz sakinlərinə qovuşacağı gün uzaqda deyil.

Prime Leasing
SPE Annual Caspian