"Dalga Beach"də çalışan bir qrup işçi aylardır ki, maaşlarını almadıqlarını bildirirlər.
Yurd.Media xəbər verir ki, şikayətçilər "Xəzər Xəbər"ə açıqlamasında qeyd edirlər ki, şirkət rəhbəri onlarla müxtəlif vədlərlə aylardır ki, gözlədir:
"Dəfələrlə gəlirik şirkətə "ödəniş olunacaq" deyib geri qaytarırlar. Rəhbər hər dəfə bir gün təyin edərək maaşımızı verəcəyini bildirsə də, heç bir ödəniş edilmir. Hətta bizə əmək müqaviləsi ilə çalışdığımızı bildirmişdilər, lakin işdən ayrıldıqdan sonra məlum oldu ki, rəsmi işçi olmamışıq", - deyə işçilər bildiriblər.
Məsələ ilə bağlı olunan zənglərə səlahiyyətli şəxslər heç biri cavab verməyib.
Daha ətraflı süjetdə: