Süni intellektlə qurulan ünsiyyət zamanı istifadə olunan nəzakətli sözlər 10 milyonlarla dollar məbləğində enerji xərcləri yaradır.
Yurd.Media ABŞ mətbuatına istinadən xəbər verir ki, bunu "OpenAI" şirkətinin baş icraçı direktoru Sam Altman bildirib.
"İistifadəçilərin ChatGPT ilə qurduqları ünsiyyət zamanı “zəhmət olmasa” və “təşəkkür edirəm” kimi ifadələr sistemdə daha yüksək emal yükü yaradır və bu da elektrik istehlakını artırır", - o vurğulayıb.
Onun sözlərinə görə, texniki baxımdan nəzakətli dildən istifadə daha çox emal gücü tələb edir:
"Bu, ChatGPT-nin fəaliyyət göstərdiyi məlumat mərkəzlərinin həm enerji istehlakını, həm də soyutma ehtiyaclarını artırır. Yüksək hesablama gücü və soyutma sistemləri elektrik istehlakına ciddi təsir göstərir".
“Microsoft WorkLab” tərəfindən dərc edilən qeyddə isə bildirilir ki, süni intellekt istifadəçinin dilinin peşəkarlığına və tonuna uyğun cavab verir. Yəni süni intellektin emosiyaları olmasa belə, onun istifadəçi ilə ünsiyyət keyfiyyəti istifadə olunan dildən asılı olaraq dəyişə bilər.
Sam Altman vurğulayəb ki, ChatGPT-nin həftəlik aktiv istifadəçi sayı 800 milyona yaxınlaşır, bu da dünya əhalisinin təxminən 10 faizinə bərabərdir.