SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Camaşırxana Kombinatı” İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə MƏHKƏMƏDƏ

“Camaşırxana Kombinatı” İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə MƏHKƏMƏDƏ

  • 05 may 2026, 15:58

“Camaşırxana Kombinatı” Açıq Səhmdar Cəmiyyəti İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi şəxsi məhkəməyə verib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsinə olunan müraciətdə borcun silinməsi və yeni müqavilənin bağlanması tələbi göstərilib.

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edib ki, iddia ərazi aidiyyəti qaydalarına riayət edilmədən Nəsimi Rayon Məhkəməsinə verildiyindən geri qaytarılmalıdır.

Belə ki, cavabdeh İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsinin hüquqi ünvanının olduğu yer Yasamal rayonu, Moskva prospekti, ev 67 ünvanıdır.

Buna görə də Nəsimi Rayon Məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərar qəbul edib.

İddiaçıya izah edilib ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İzahdan da görünür ki, iddaçı sənədlərini hazırlayaraq yenidən Yasamal Rayon Məhkəməsinə müraciət edə bilər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları