SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bu qəsəbələrin avtobusu yenilənir

Bu qəsəbələrin avtobusu yenilənir

  • 06 dekabr 2025, 10:32
Bakı

Bakının Yeni Suraxanı və Şüvəlan qəsəbələrini əlaqələndirən 146 nömrəli marşrut üzrə mövcud avtobusların yenilənməsi həyata keçiriləcək.

Bu barədə Yurd.Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, keçirilən müsabiqənin nəticəsinə əsasən, dekabrın 7-dən sərnişinlərin xidmətinə müasir “Karsan” markalı avtobuslar veriləcək. 

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0.55 AZN təşkil edəcək.

Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları