SÜJET
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7741 nikah və 3414 boşanma halları qeydə alınıb.
Yurd.Media Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4-dən 4,7-yə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.