SÜJET
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi motosiklet, moped, skuter, veleosiped idarə edənlərə müraciət edib.
NİİM-dən Yurd.Media-ya verilən xəbərə görə, müraciətdə deyilir:
1. Svetoforun qırmızı işığında keçdilər;
2. Hərəkəz zamanı ara məsafəsi saxlamadılar;
3. Təhlükəli manevrlər etdilər;
4. Yol nişanlarının tələblərinə diqqət yetirmədilər;
5. Özləri və sərnişinləri qoruyucu dəbilqələrdən istifadə etmədilər;
6. Bu nəqliyyat vasitələrini sürətlə idarə etdilər.
Nəticədə bu ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol-nəqliyyat hadisəsi baş verdi, 4 nəfər həyatını itirdi, 16 nəfər xəsarət aldı. Paytaxt Bakıda qaydaların pozulması səbəbindən qeydə alınan 7 qəzada isə 9 nəfər xəsarət aldı.
Bu cür nəqliyyat vasitələrini idarə edən bəzi sürücülərin ciddiyə almadığı, bəzən yollarda onların irəli düşmək, bəzən də bilərəkdən qaydaları pozmaq istəyi, sadəcə qəza statistikası deyil, kimlərinsə valideynsiz və övladsız qalması ilə nəticələnən faciələrə səbəb olur. Bu faciələrin yaşanmaması üçün isə silsilə tədbirlərin davamı olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və Bakı Şəhər Baş BPİ-nin DYP İdarəsi birgə ikitəkərli nəqliyyat sürücülərinə qaydalar izah olunub, onlarla maarifləndirci söhbətlər aparılıb.