SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bu gecə Bakının bəzi küçələri bağlanacaq

Bu gecə Bakının bəzi küçələri bağlanacaq

  • 02 sentyabr 2025, 20:32
Bakı

Bu gecə Bakının bəzi küçələri bağlanacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Yurd.Media-ya bildirilib ki, Bakının "Azneft" dairəsi ərazisində aparılacaq işlərlə əlaqədar sentyabr 2-si saat 23:00-dan etibarən yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Məlumata görə, Bayıl və şəhər istiqamətində nəqliyyatın hərəkətində hər hansı məhdudiyyət nəzərdə tutulmur.

Qeyd edək ki, məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək "Formula 1" Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək.

Bakı Şəhər Halqası sürücülərdən və piyadalardan alternativ marşrutlardan istifadə etmələrini xahiş edir və sakinlərin göstərdiyi anlayışa görə əvvəlcədən təşəkkürünü bildirir.

Prime Leasing