SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Bu ərazidə qeydiyyatda olmayanların dəfni qadağan edildi - VİDEO

Bu ərazidə qeydiyyatda olmayanların dəfni qadağan edildi - VİDEO

Yeni Suraxanı qeydiyyatında olmayanların  qəbiristanlıqda dəfn olunmaması ilə bağlı elan yayılıb.


Yurd.Media "AZTV Xəbər"-ə istinadən xəbər verir ki,  sosial şəbəkələrdə yayılan bu məlumat geniş müzakirələrə səbəb olub.

Yeni Suraxanı Bələdiyyəsinin Sədri Həqiqət Məmmədovanın sözlərinə görə qəbiristanlıqda boş yerlər azaldığına görə yerli bələdiyyə belə bir addım atıb.

"Bələdiyyələrin tərkibində olan qəbiristanlıqlar bizə göndərilən məktublar əsasında 10 gün olar ki,  təhvil verilib. Birmənalı olaraq, ancaq bura qeydiyyatında olan kənd əhalisi üçün ayrılmış qəbristanlıq sahəsidir".

Qəsəbənin bəzi sakinləri qərarı təsdiqləyib, kəndin ərazisi və əhalisinin böyüdüyünü, yerin məhdud olduğunu bildirib. İlahiyyatçı Rüfət Qarayev məsələyə dini baxımdan aydınlıq gətirib.

"İstər İslamın ilkin dövrlərində, istərsə də sonrakı dövrlərdə, yaşadığımız cəmiyyətdə elə bir qayda yoxdur ki, hər hansı bir insan hansısa şəhərdə mütləq qeydiyyatda olmalıdır. Vacib olan dəfn üçün şəraitin yaradılması, onu dəfn etmək  və Allahın istəyinə uyğun olaraq yola salmaqdır".

Prime Leasing
SPE Annual Caspian