SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Borcu 800 min manata çatan qadın MTK rəhbərinə ölkədən çıxışa STOP qoyuldu

Borcu 800 min manata çatan qadın MTK rəhbərinə ölkədən çıxışa "STOP" qoyuldu

  • 29 yanvar 2026, 20:43

Borcu 800 min manata çatan qadın MTK rəhbərinə ölkədən çıxmağa "STOP" qoyulub.

Yurd.Media Qaynarinfo-ya istinadən xəbər verir ki, “Şəmkir” MTK-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə 780991.55 manat vergi borcu yaranıb.

İdarə tərəfindən şirkətin qanuni təmsilçisi Lətifova İlhamə Nizam qızı barəsində Gəncə Kommersiya Məhkəməsinə müraciət edilib.

Məlum olub ki, sahibkar xanımın “Şəmkir MTK”nın İşsizlikdən Sığorta Fonduna 21.65 manat, dövlət büdcəsinə 780345,18 manat məbləğində (o cümlədən, vergilər üzrə 437514,9 manat, faizlər üzrə 110691.29 manat, maliyyə sanksiyası üzrə 232138.99), Dövlət Sosial Müdafiə Fonduna 544,04 manat, İcbari Tibbi Sığorta Fonduna 80.68 manat borcu yaranıb.

Məhkəmənin qərarı ilə borc ödənilənədək İlhamə Lətifovanın ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları